" Allahın salamı olsun əməli saleh bəndələrinə "

 

 

Ana səhifə

Haqqımda

Dostlarım

Xobbim

Düşüncələrim

Fotoalbom

Əlaqə

Əzan vaxtı

Quran

 

 

 

 

 

 

DOSTLARIM

           Məktəb illərində bir neçə dostum varıydı, amma onları Alaha görə secmədiyim üçün aramızda müəyyən narazılıqlar yarandı və bizim dostluğumuz uzun omürlü olmadı. Düşündüm ki, insan dostu boş və səmərəsız vaxt keçirtmək üçün deyil, həqiqi və layiqli dost seçməlidir. Amma dostlarımın içində layiqli bir nəfər seçə bildim. Hal-hazırda o, və başqa bir dostum da var. Amma əsl dost hamı üçün Allahdır. Heç vaxtda istəmirəm ki, dost bildiyim insanlarda məni Allahdan qabaq özlərina dost bilsinlər. Çünki mən onları Allaha görə dost tuturam və yəqinki onlarda məni Allaha görə dost tuturlar. Mən bu dünyada bir çox insanlar gördüm, hətta dost bildim özümə və sonunda bildim ki, bu insanlar dostluğu öz nəfslərinə görə edirlər. İnsan etdiyi hər bir yaxşılığı gərək Allaha xatir edə əks halda peşman olar. Bu barədə çox yazmaq olar, amma siz əzizlərimi yormaq istəmirəm.

 

 

 

 

 

 

Gəncə   2008

                                                                                       Web design: ixlas@list.ru
Hosted by uCoz