" Allahın salamı olsun əməli saleh bəndələrinə "

 

 

Ana səhifə

Haqqımda

Dostlarım

Xobbim

Düşüncələrim

Fotoalbom

Əlaqə

Əzan vaxtı

Quran

 

 

 

 

HAQQIMDA

Bağışlayan və Mehriban Allahın adı ilə. Mən İbrahimov Mübariz Eyyub oğlu 1979-cu
il mart ayının 11-i Gəncə şəhərində anadan olmuşam. 1985-ci ildə məktəbin 11-ci sinifinə qədəm qoymuşam. Məktəb illərim çox yadda qalan olmuşdur, məxsusən onun üçün ki, 11-ci sinifə qədəm qoyduğumda Allah -Təala mənə bir lütf elədi. Məhərrəm ayı idi elə bil mənə sanki daxildən hansısa bir qüvvə Allaha ibadət üçün “Namaza başla” səsləndi və məndə məscidə gedib orada olan gözəl gözəl qardaşlarnan ünsiyyət yaradaraq gözəl söhbətlər etdik və onlar mənə namazın sözlərini verdilər. Məndə də böyük həvəs olduğundan elə evə gələrək hər kəs aşağıda ehsana başı qarışdığı halda çay içən, çay paylayan mən isə evə gəlib bir neçə saatın içində namazın sözlərini öyrəndim. Beləcə bu günə qədər Allahın izni ilə ibadət edirəm. Düzdü ola bilsin bu ibadətlərimiz Allaha layiq olmasa da, amma nə etmək olar gücümüz bu qədər yetir. Allahın bu qədər nemətlərinin müqabilində bilmirəm Ona öz şükrümüzü bildirə bilirik ya yox. Beləcə 11-ci sinifidə bitirdim. Ali məktəbə daxil ola bilmədim, çünki imtahan verilən vaxtı bir az yubandım. Sənədlərimi düzəldə bilmədim. 1997-ci ildə Həqiqi hərbi xidmətə yollandım və Biləcəridən Gəncə şəhərində 261 saylı hərbi hissəsinə yollandım. Baxmayaraq ki, öz doğulduğum şəhərdə xidmət edirəm, amma mənim üçün biraz ağır kecdi. Və bir gün növbədə olduğum zaman qərarımızın çıxdığını eşitdim və çox xoşhal oldum. 1999-cu ildə hərbi xidməti başa vurdum.
Mən bir çox yerlərdə işləmişəm bunlardan biridə Mömin qardaşların yaratdigi “Mənəvi Dəvət” ictimai birliyidir. Nəhayət 2003-cü ildə ailə həyatı qurmaq qərarına gəldim və ailə həyatı qurdum. 2005-ci ildə Allahın lütfi ilə bizim bir qız övladımız dünyaya gəldi və gəlişi ilə ailəmizə sevinc gətirdi. Biz bu övladımızın adını İslam Peğəmbərinin qızı olan Bəşəriyət qadınlarına nümuə olan xanım Fatımeyi Zəhranın (ə.s.) adını qoyduq. Yəni övladımızın adını Fatimə qoyduq. Biraz həyat çətinliyi olduğu üçün Türkiyədə işləməyi qərara aldım, çünki bu təklifi mənə yaxın dostlarımdan biri etmişdi və məndə qəbul etdim. Türkiyənin İstanbul şəhərində Saymaz metal firmasında çalışmağa başladım. Bu firma Alminium profillərinin satıı ilə maşğuluydu. Məndə bu firmada xarici dövlətlərə, məxsusən Rusiya və Gürcüstan dövlətlərinə alminium profillərin satışı ilə məşğuluydum. Mən iki ay vizamın müddəti qurtarana kimi işlədim və iki aydan sonra öz dogma vətənimə qayıtdım. Çox darıxdığım üçün bir daha qayıtmadım. Hal-hazırda mən “Mənəvi Dəvət” ictimai birliyində Məsul vazifədə işləyirəm və ikinci işim olaraq ticarətnən məşğul oluram.

 

Gəncə   2008

                                                                                       Web design: ixlas@list.ru
Hosted by uCoz